AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada polislərin güllələndiyi an - VİDEO

  • + A
  • - A
  • 4-04-2017, 12:50

    Rusiyada polislərin güllələndiyi an - VİDEO















    Öldürülən polislərdən biri leytenant, digəri isə baş leytenant olub

    Rusiyanın Həştərxan vilayətində Rusiya Daxili İşlər Nazirliyi əməkdaşlarının güllələnərək öldürüldüyü anın videosu yayılıb.

    İstiPress-in məlumatına görə, bu gün gecə saatlarında polis əməkdaşları Həştərxan vilayətində baş vermiş avtoqəzanı rəsmiləşdirmək üçün hadisə yerinə çağırılıblar.

    Qəza yerinə gələn leytenant və baş leytenant xidməti polis maşınının içərisində rəsmiləşdirmə işləri apararkən naməlum şəxslər tərəfindən atəşə tutulublar.

    Hər iki polis əməkdaşı yerindəcə keçinib. Onlardan birinin iki övladı olduğu bildirilir. Terror aktında şübhəli bilinən ağ rəngli “Qazel” axtarışa verilib. Avtomobilin içərisində 4 nəfərin olduğu bildirilir. Daha sonra “Qazel” yol kənarında tərk edilmiş vəziyyətdə tapılıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR