AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Yanğının dəqiq səbəbi müəyyənləşdirilir” – İTV-dən açıqlama

  • + A
  • - A
  • 28-09-2019, 10:58

    “Yanğının dəqiq səbəbi müəyyənləşdirilir” – İTV-dən açıqlama

    “İctimai Televiziya və Radio Yayımları Şirkəti” inzibati binasında baş verən yanğın hadisəsi ilə bağlı açıqlama yayıb.

    “Qafqazinfo”nun məlumatına görə, açıqlamada deyilir:

    “Sentyabrın 27-də gecə saatlarında İctimai Televiziya və Radio Yayımları Şirkətinin binasında yanğın hadisəsi baş verib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb. İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən nasazlıq səbəb olub. Yanğının dəqiq səbəbi müəyyənləşdirilir. Ciddi xəsarət alan olmayıb”.

    Xatırladaq ki, bir neçə saat əvvəl telekanalın yerləşdiyi binada baş verən yanğın FHN-in yanğınsöndürənləri tərəfindən söndürülüb. Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə yerinə bir neçə briqada çıxıb. İki nəfər (kişi) müraciət edib. Birinə yerində yardım göstərilib, digəri isə tüstüdən boğulma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR