AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BDU-nun yataqxanasında zəhərlənən tələbə qızların vəziyyəti pisləşdi

  • + A
  • - A
  • 3-12-2019, 11:57

    BDU-nun yataqxanasında zəhərlənən tələbə qızların vəziyyəti pisləşdi


    Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında iki tələbənin vəziyyəti pisləşib.
    APA xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, bu barədə məlumat təcili yardıma saat 08.15 də daxil olub.
    Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (Mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb.

    Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi qənaətbəxşdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR