AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda kişi söyüş söyənlərə irad bildirdi — Kürəyindən bıçaqlandı

  • + A
  • - A
  • 30-01-2020, 09:28

    Bakıda kişi söyüş söyənlərə irad bildirdi — Kürəyindən bıçaqlandı


    Bakının Suraxanı rayonunda orta yaşlı kişi bıçaqlanıb.
    "Ölkə.Az" hadisə Bülbülə qəsəbəsində baş verib.

    Bəydəmirov küçəsində iki nəfər mübahisə edib.
    Hadisə şahidlərinin verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Nəcəfov Vüqar Rafiq oğlu küçədə yüksək səslə qeyri-etik sözləri eşidib. Buna etiraz olaraq həmin şəxslərə iradını bildirib. Lakin naməlum şəxslərdən biri V.Nəcəfovun kürəyinə bıçaqla zərbə vurub. O, huşunu itirib. Yaralı qonşularının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR