Təhsil Şöbəsinin vəzifəli şəxsinin evi kül oldu

Yardımlı rayonunda yanğın hadisəsi olub
Yanğın Vərgədüz kəndində qeydə alınıb. Belə ki, kənddə vətəndaşa məxsus ev içindəki əşyalarla birlikdə yanaraq kül olub.
Əldə etdiyimiz məlumata görə, yanan ev şair-publisist, Yardımlı rayon Təhsil Şöbəsinin aparıcı-məsləhətçisi Pənah Tağızadəyə məxsusdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.