AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kürdəmirdə ağır qəza, 3 ölü, 1 yaralı

  • + A
  • - A
  • 14-11-2020, 13:27


    Kürdəmirdə 3 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    "Qafqazinfo" xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun Kürdəmir rayonunun Köhünlü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, Ağdam rayon sakini, İsmayılov Rabil Rəhbər oğlu idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını yol kənarına aşırıb. Nəticədə sürücü İsmayılov Rabil Rəhbər oğlu, Mehdiyeva Zemfira Cümşüd qızı və Hümbətova Ayulduz Qubat qızı aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

    Digər bir nəfər sərnişin Hümbətov İbrahim Qubat oğlu isə, müxtəlif dərəcəli bədən xəsarətləri ilə, rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR