13 yaşlı uşaq özünü öldürdü - Azərbaycanda dəhşət

Goranboy rayonunda intihar hadisəsi baş verib
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. 2004-cü il təvəllüdlü Nəbiyev Rəşad Eldar oğlu yaşadığı evin bağında özünü ağacdan asaraq intihar edib.
R. Nəbiyevin ürəyində qüsur olduğu bildirilir. Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.