AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə hərbi helikopter qəzaya uğradı - 13 hərbçi öldü

  • + A
  • - A
  • 1-06-2017, 10:39

    Türkiyədə hərbi helikopter qəzaya uğradı - 13 hərbçi öldü

















    Türkiyədə hərbi helikopter qəzaya uğrayıb

    Hadisə mayın 31-də ölkənin cənub-şərqindəki Şırnak əyalətində baş verib. İlkin məlumatlara görə, hərbi helikopter havaya qalxdıqdan 3 dəqiqə sonra elektrik naqillərinə dəyib.

    Hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 nəfər ölüb.

    “Mayın 31-də, Şırnak əyalətində AS 532 COUGAR tipli hərbi helikopter qəzaya uğrayıb. Hərbi helikopter havaya qalxdıqdan bir müddət sonra yüksək gərginlikli elektrik naqillərinə dəyib və parlayıb. Hadisə zamanı 13 hərbçi həlak olub. Hadisəni araşdırmaq üçün xüsusi qrup yaradılıb”, - deyə Türkiyə hüquq-mühafizə orqanları məlumat yayıblar.

    Hadisə ilə bağlı Türkiyənin baş nazirinin müavini Mehmet Şimşek “Twitter” hesabında başsağlığı yazıb:

    “Qəzanı eşidərkən ürəyimizə köz düşdü. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Məkanları cənnət olsun”, - deyə Mehmet Şimşek yazıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR