2021-ci il fevral ayının 4-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat   
	DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a  verilən məlumata görə,          
- Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılmışdır.  
- Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunmuşdur.    
	- Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
	- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
	- Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılmışdır.
 
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.