AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sudandan Qətərə uçan təyyarədə qəfil ortaya çıxan pişik idarəetməyə əngəl törədib

  • + A
  • - A
  • 1-03-2021, 07:57


    Sudandan Qətərin paytaxtı Dohaya uçan sərnişin təyyarəsi geri qayıtmaq məcburiyyətində qalıb. Buna səbəb təyyarənin pilot kabinəsində gözlənilmədən pişiyin peyda olması olub.

    APA xəbər verir ki, bu barədə Sudanın “As-Sudani” qəzeti ekipaj üzvləri arasındakı mənbəyə istinadən yazıb.

    Qəzet bildirib ki, Sudanın “Tarco” aviaşirkətinə məxsus təyyarə paytaxt Xartumdan Qətərə uçub və havaya qalxdıqdan yarım saat sonra pilot kabinəsində qəfildən bir pişik ortaya çıxıb.
    Məlumata görə, pişik təyyarənin idarə olunmasına müdaxilə edib və hətta kapitana hücum etməyə çalışıb. Buna görə də pilotlar Xartum hava limanına qayıtmaq qərarına gəliblər.

    Nəşrin mənbələri ehtimal edirlər ki, pişik təyyarəyə Dohaya uzmazdan əvvəlki gecə anqarda təmizlik və ya texniki baxış işləri aparılan zaman daxil olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR