AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəbələdə bədbəxt hadisə baş verdi

  • + A
  • - A
  • 20-04-2021, 10:59

    Qəbələdə bədbəxt hadisə baş verdi

    Qəbələ rayon prokurorluğundqnnAzadmedia.az-a verilən məlumata görə aprelin 19-da saat 10 radələrində Qəbələ rayonu ərazisində Yusifov Nəsir Yusif oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
    Aparılan araşdırmalarla Mingəçevir Regional Elektrik Şəbəkəsi MMC-nin Qəbələ yarımstansiyasının ustası Nəsir Yusifovun iş yerində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilmişdir.
    Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
    Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilmişdir.
    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR