AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yetkinlik yaşına çatmayana tütün məmulatı satılması aşkar edilib

  • + A
  • - A
  • 20-05-2021, 12:09

    Yetkinlik yaşına çatmayana tütün məmulatı satılması aşkar edilib

    Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
    Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbir nəticəsində bir köşkdə satıcının yetkinlik yaşına çatmayana tütün məmulatları satması aşkar edilib.
    Həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.
    Bu istiqamətdə tədbirlər davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR