AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mingəçevirdə qadının boyunbağısını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb

  • + A
  • - A
  • 15-06-2021, 11:51


    DİN-in “102” Zəng Mərkəzinə və Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən bir qadın naməlum şəxsin onun üzərindəki qızıl boyunbağını soyğunçuluq yolu ilə ələ keçirdiyini bildirib.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yevlax rayonu Tanrıqulular kənd sakini Anar Yusifli saxlanılıb.

    Soyğunçuluqla ələ keçirdiyi həmin boyunbağı isə ondan maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.
    Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 180.1-ci (Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR