Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisinə məişət tullantılarının atılaraq qalaqlanması barədə sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
mətbuat xidmətindən Azadmedia.az-a daxil olan məlumata görə
Ərazi Xidmətin əməkdaşlarının nəzarəti altında Daşkəsən rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib.
Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə aidiyyəti qurumlara məcburi göstəriş verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.