AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tovuzda oğlan əmisi arvadının əlini və ayaqlarını sındırdı

  • + A
  • - A
  • 22-08-2017, 12:00

    Tovuzda oğlan əmisi arvadının əlini və ayaqlarını sındırdı














    Tovuz rayon sakini əmisi arvadını döyərək xəstəxanalıq edib.

    "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Alakol kəndində baş verib.

    Belə ki, həmin kəndin sakini, 1971-ci il təvəllüdlü Sevda Şəmşəd qızı Rüstəmova ailə münaqişəsi zəminində qaynının oğlu tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

    Xəstəxanadan bildirilib ki, qadının hər iki ayağı və sağ əli sınıb: "Yaralı ağır və huşunu itirmiş vəziyyətdə xəstəxanaya gətirilib. Qadın baş, üz və qarın nahiyələrindən ağır xəsarətlər alıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır".
    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR