AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gənc oğlanın qətli ilə bağlı cinayət işi başladı

  • + A
  • - A
  • 14-08-2021, 10:55

    Gənc oğlanın qətli ilə bağlı cinayət işi başladı

    Avqustun 13-ü saat 19 radələrində Qazax rayon sakini, 1999-cu il təvəllüdlü Novruz Mansurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
    Qazax rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, rayonun İkinci Şıxlı kəndində yerləşən “İnvestel Group” MMC-də mühafizəçi işləyən 2000-ci il təvəllüdlü Nəsimi İsmayılov onunla eyni yerdə fəhlə işləyən Novruz Mansurov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə bir dəfə xəsarət yetirərək qəsdən öldürmüşdür.
    Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
    Nəsimi İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
    Hazırda istintaq davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR