AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qubada tərkibində qadın üzvlərin də olduğu dəstə saxlanılıb

  • + A
  • - A
  • 24-08-2021, 13:27


    Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində içərisində qadın üzvləri də olan dəstə ifşa olunub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun Azadmedia.az-a verdiyi məlumata görə Xaçmaz rayon sakini Elxan Əlifxanov, Bakı şəhər sakinləri Sərxan Ramazanov, H.Rzayeva və Ə.Rəsulova saxlanılıblar. Həmin şəxslərin üzərinə və yığışdıqları Qəçreş yaşayış massivindəki evə baxış zamanı “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin və narkotik tərkibli marixuana aşkar olunaraq götürülüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR