AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xocavənddə polis əməkdaşları silah-sursat aşkar edib

  • + A
  • - A
  • 20-10-2021, 12:32


    Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində düşmənin tərk etdiyi mövqelərdən döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.
    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi növbəti tədbirlər də uğurla nəticələnib. Belə ki, ermənilərin ataraq qaçdığı  2 “Strela-3” daşınan zenit-raket kompleksi, 2 “Foqot”, 1 “AQS-17” qurğusu, 4 qumbaraatan, 4 avtomat, 1 tank əleyhinə mina, 16 əl qumbarası, 16 partladıcı vasitə, 4 avtomat darağı və 1400 müxtəlif çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR