AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həmkəndlisinin evindən qızıl-zinət əşyaları oğurlayan Masallı sakini saxlanılıb

  • + A
  • - A
  • 11-01-2022, 13:29


    Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisinin evindən qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb.

    DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbəsindəki fərdi yaşayış evlərindən birindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
    Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Ərkivan qəsəbə sakini E.Tahirov olduğu müəyyən edilib. Oğurlanan qızıl-zinət əşyalarından bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR