AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kafedə qadın müştərilər arasında dava — Yaralanan var

  • + A
  • - A
  • 23-10-2017, 09:15

    Kafedə qadın müştərilər arasında dava — Yaralanan var














    Bakının Sabunçu rayonundakı kafelərdən birində qadınlar arasında əlbəyaxa dava olub.

    AZTB.info "Report"a istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsinin "Südçülük sovxozu" kimi tanınan ərazisindəki müəssisədə baş verib.
    Belə ki, 35 yaşlı Novruzova Gülarə Səfi qızı qeyri-rəsmi nikahda yaşadığı şəxslə kafedə olarkən, digər masada əyləşən qadınlardan biri onun yanındakı şəxslə ünsiyyət qurmaq istəyib. Bundan qəzəblənən G.Novruzova qadına iradını bildirib və bu zaman tərəflər arasında əlbəyaxa dava olub. Nəticədə qarşı tərəf G.Novruzovanın başına qədəhlə xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinda araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR