AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncə sakinində silah aşkarlanıb

  • + A
  • - A
  • 17-01-2022, 14:17

    Gəncə sakinində silah aşkarlanıb

    Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azadmedia.az-a məlumata görə, İdarə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, Elnur İsgəndərov şəhər ərazisində saxlanılaraq Polis İdarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Makarov” markalı tapança, həmin silaha aid 6 ədəd atəşə yararlı 9 mm-lik patron və 1 ədəd sandıqca aşkar edilərək götürülüb.
    Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR