AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Eldar Əmirov Ramiz Mehdiyevin qohumudur? - AMEA-dan açıqlama

  • + A
  • - A
  • 15-02-2022, 18:45

    Eldar Əmirov Ramiz Mehdiyevin qohumudur? - AMEA-dan açıqlama

    AMEA ötən gün “Bandotdel” tərəfindən saxlanılan və barəsində 30 sutka həbs qərarı verilən qurumun Rəyasət Heyəti katibliyinin rəisi Eldar Əmirovun akademik Ramiz Mehdiyevin qohumu (baldızının oğlu) olmasına dair məlumatlara aydınlıq gətirib.

    Qurumun Mətbuat xidmətindən Azadmedia.az a bildirilib ki, Eldar Əmirovun AMEA prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı ilə hər hansı qohumluq əlaqəsi yoxdur.

    Qeyd olunur ki, Eldar Əmirov əslən qarabağlıdır və Ağdam şəhərindəndir.

    “Akademik Ramiz Mehdiyevin həyat yoldaşı isə Gürcüstanın Poti şəhərindəndir. Ziyalı ailədə doğulub. Anası gürcü, atası polyak əsillidir. Ailədə bir bacı, bir qardaşdırlar”, - deyə məlumatda vurğulanıb.

    Qeyd edək ki, E. Əmirov R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar da onun köməkçisi işləyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR