AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qubada saxlanılan şəxsin evindən külli miqdarda narkotik vasitələr və silah-sursat aşkarlanıb

  • + A
  • - A
  • 11-04-2022, 11:45

    Qubada saxlanılan şəxsin evindən külli miqdarda narkotik vasitələr və silah-sursat aşkarlanıb

    Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən Xucbala kənd sakini Azər Məmmədov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman yarım kiloqramdan artıq narkotik vasitə olan marixuana, əkilib-becərilməsi qadağan edilmiş çətənə (kannabis) bitkisi və onun toxumları, külli miqdarda heroin, tiryək, psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
    Bundan əlavə A.Məmmədovun evindən 2 ədəd tüfəng və onlara aid patronlar, 2 ədəd fərqli silahlara məxsus nişangahlar və 3 ədəd xəncər-bıçaq aşkar edilərək götürülüb.
    Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR