AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş Dövlət Yol Polis İdarəsi Bərdə, Ağcabədi, Füzulidə reyd keçirdi

  • + A
  • - A
  • 11-04-2022, 11:49

    Baş Dövlət Yol Polis İdarəsi  Bərdə, Ağcabədi, Füzulidə reyd keçirdi

    Baş Dövlət Yol Polis İdarəsinin və Bərdə, Ağcabədi, Füzuli Rayon Polis Şöbələrinin Dövlət Yol Polisi Bölmələrinin əməkdaşları ilə birgə qeyd olunan rayonlarda həftə sonu yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə nəzarət-profilaktiki tədbirlər keçiriblər.
    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, tədbirlər zamanı qayda pozuntularına yol verən sürücülər aşkar edilib, onlarla yol-hərəkəti qaydalarına riayət etməli olduqları barədə izahedici söhbətlər aparılıb. Baş verə biləcək qəzaların qarşısının alınması, eləcə də hadisələrin qurbanına çevrilməmək üçün mütləq şəkildə qaydalara riayət etməyin vacibliyi həm sürücülərə, həm də piyadalara izah edilib. Piyada zolaqları olan ərazilərdə, məktəblərin qarşısında avtomobilin ehtiyatla idarə olunmasının önəm daşıdığı bir daha yol-hərəkət iştirakçılarının diqqətinə çatdırılıb. Xüsusən gecə saatlarında əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrində sürət həddini aşmağın, lüzumsuz yerə ardıcıl siqnal  verilməsinin cəmiyyətə hörmətsizlik kimi dəyərləndirildiyi sürücülərə bildirilib.
    Qanun pozuntusuna yol vermiş bir neçə sürücü barəsində müvafiq tədbirlər görülüb.
     



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR