AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Güclü küləkdə 2 nəfər ağır xəsarət aldı

  • + A
  • - A
  • 21-04-2022, 14:48

    Güclü küləkdə 2 nəfər ağır xəsarət aldı

    Bakıda əsən güclü külək səbəbindən xəsarət alan 2 nəfər (kişi) təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.
    Bu barədə KTM-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib. Məlumatda deyilir ki, Qaradağ rayon sakini, 1988-ci il təvəllüdlü şəxs Sahil qəsəbəsində yerləşən iş yerində olarkən xəsarət alıb. Belə ki, güclü külək səbəbindən darvaza onun üzərinə aşıb. Diaqnozu on ikinci döş, birinci bel fəqərələrinin zədələnməsi olub. Dərhal KT olunub, ilkin tibbi yardım göstərilib və bir müddət sonra ambulator müalicəyə buraxılıb.

    Digər xəsarət alan, Lökbatan qəsəbə sakini, 1962-ci il təvəllüdlü şəxs tır sürücüsüdür. Özünün dediyinə görə, tırın qapısını açarkən güclü külək qapını əlindən alıb və o da yıxılaraq xəsarət alıb. Hadisə nəticəsində kəllə-beyin travması alan şəxs hazırda Mərkəzin Neyrotravma şöbəsinə yerləşdirilib və müalicəsi davam edir.
    Azadmedia.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR