25 yaşlı gənc qətlə yetirildi — Sabunçuda
![]()
Bakıda qətl törədilib.
"Ölkə.Az" APA-ya istinadən məlumat verir ki, paytaxtın Sabunçu qəsəbəsinin sakini, 19 yaşlı Emil İlqar oğlu Heydərov aralarında yaranmış münaqişə zəminində tanışı, 25 yaşlı Nicat Qulam oğlu Həziyevi bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən E. Heydərov saxlanılıb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.