- İyunun 13-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 46-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 3-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
- Narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
**
İyunun 12-də saat 7 radələrində Zaqatala rayonunun Əliabad qəsəbəsində rayon sakinləri M.Bədirovun idarə etdiyi “VAZ-21063” və Ş.Əmircanovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə M.Bədirov və sərnişini Elçin Bədirov xəsarətlə xəstəxanaya yerləşdiriliblər. E.Bədirov iyunun 13-də orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
***
İyunun 13-də saat 23 radələrində Yasamal rayonunun M.Xiyabani küçəsində Bakı şəhər sakini Ç.Ağazadə idarə etdiyi “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini Ayxan Səlimovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
**
Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsindəki mağazaların birindən 2950 manat dəyərində noutbukun oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əliyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
**
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 7-də Şabran rayon sakini E.Salmanovun 900 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ağsu rayon sakini K.Həsənov və Bakı şəhər sakini P.Abdullayeva müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
**
Nizami RPİ-nin 23-cü Polis Bölməsinə rayon ərazisində “Mack” markalı 2 avtomobildən 40.000 manat dəyərində hissələrinin sökülərək oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Şabanov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.