AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünya çempionunun meyiti TAPILDI

  • + A
  • - A
  • 14-08-2022, 17:00

    Dünya çempionunun meyiti TAPILDI


    Fransa xilasediciləri Şamonik kommunası yaxınlığındakı Monblan dağ silsiləsinin yamaclarından birində iki nəfərin meyitini aşkar ediblər.

    Ölənlərdən biri xizək alpinizmi üzrə dünya çempionu Adele Millozdur.

    Hadisənin başvermə şəraiti hələ müəyyən edilməyib. İlkin məlumata görə, 26 yaşlı idmançı heç bir xüsusi təhlükə yaratmayan Peyn zirvəsinə təlimatçı ilə birlikdə klassik hesab edilən standart dırmanma marşrutu ilə gedib.

    Həyəcan siqnalı cümə günü günortadan sonra zirvəyə qalxan turistlər tərəfindən çalınıb. Xilasedicilər gördüklərindən şok vəziyyətində olduqları üçün aşağı enə bilmədiklərindən onları təxliyə etməli olublar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR