AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sağ ikən "ölən" vətəndaş barədə Quba rayon prokurorluğunda araşdırma aparılır

  • + A
  • - A
  • 15-08-2022, 19:43

    Sağ ikən "ölən" vətəndaş barədə Quba rayon prokurorluğunda araşdırma aparılır

    Bəzi media və sosial şəbəkə səhifələrində Rusiya Federasiyasında yaşayan Zeynalov Abil Hacıbaba oğlunun sağ olmasına baxmayaraq ölüm haqqında şəhadətnamə verilməsinə görə Azərbaycana gələ bilməməsi ilə bağlı məlumatlar yayılmışdır.
    Məlum olmuşdur ki, vətəndaş müraciəti əsasında Quba rayonu, Rustov kənd sakini, 1955-ci il təvəllüdlü Abil Zeynalovun itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi haqqında Quba rayon məhkəməsi tərəfindən 09 sentyabr 2011-ci il tarixdə qətnamə qəbul edilmiş və bunun əsasında rayon qeydiyyat şöbəsi tərəfindən A.H.Zeynalovun ölümü haqqında akt tərtib olunmuşdur.
    Qəbul edilmiş məhkəmə qətnaməsi üçün əsas olmuş arxiv və digər zəruri sənədlərin həqiqiliyini və qanuniliyini müəyyən etmək məqsədi ilə hazırda Quba rayon prokurorluğunda araşdırma aparılır.
    Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR