AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bərdədə narkotacir saxlandı

  • + A
  • - A
  • 20-08-2022, 14:42

    Bərdədə narkotacir saxlandı

    Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini saxlanılıb.
    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Röya Hüseynov saxlanılıb. Onun əlində olan sellofan torbaya baxış keçirilən zaman ətçəkən maşının içərisində gizlətdiyi 1 kiloqram 390 qram olan heroin aşkar edilərək götürülüb.
    Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR