AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qubada narkotik dövriyyəsinə görə 2 nəfər saxlanılıb

  • + A
  • - A
  • 29-08-2022, 11:27

    Qubada narkotik dövriyyəsinə görə 2 nəfər saxlanılıb

    Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
    DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakinləri Amil Hüseynov və Samir İslamov saxlanılıblar. Həmin şəxslərin üzərlərinə, evlərinə və avtomobilinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
    Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR