AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda məşhur hotelin baş mühafizəçisi döyüldü

  • + A
  • - A
  • 15-01-2018, 13:06

    Bakıda məşhur hotelin baş mühafizəçisi döyüldü














    Hadisə Nəsimi rayonunda yerləşən “İrşad” hoteldə qeydə alınıb.
    “Ölkə.Az”-ın xəbərinə görə, hotelin mühafizə xidmətinin rəisi Vidadi Allahverdiyev Nəsimi RPİ-nin 20-ci polis bölməsinə rəsmi ərizə ilə müraciət edərək bildirib ki, tanımadığı şəxs tərəfindən döyülüb.
    Bununla bağlı polis bölməsində təhqiqat araşdırmalarına başlanıb və mühafizəçi xəsarət dərəcəsinin müəyənləşdirilməsi üçün rayonun məhkəmə tibbi ekspertiza şöbəsinə göndərilib.

    Baş vermiş faktla bağlı zərərçəkmişin mövqeyini öyrənməyə çalışdıq, ancaq V.Allahverdiyev ümumiyyətlə belə hadisənin baş verməsini təkzib etdi.
    Ancaq 20-ci polis bölməsindən belə bir ərizənin daxil olduğunu rəsmən təsdiq etdilər.
    Hazırda hotel mühafizəçisinin kim tərəfindən döyülməsi araşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR