AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda qadın ərini qətlə yetirdi

  • + A
  • - A
  • 2-09-2022, 13:09



    Bakıda 35 yaşlı qadın ərini qətlə yetirib.

    Xətai rayon prokurorluğundan verilən məlumata görə, hadisə bu gün saat 12 radələrində baş verib. Bildirilib ki, 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla zərərçəkmişin arvadı, 1987-ci il təvəllüdlü Əfsanə Qalabəylinin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nurani Qalabəylini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Xətai rayon prokurorluğunda cinayət işi başlanıb. Əfsanə Qalabəyli şübhəli şəxs qismində tutulub, istintaq davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR