AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tovuzda kişi qonşusunu güllələdi

  • + A
  • - A
  • 21-09-2022, 01:41

    Tovuzda kişi qonşusunu güllələdi

    Sentyabr ayının 19-u axşam saatlarında Tovuz rayon Polis Şöbəsinə rayonun Humanlar kənd sakini, 53 yaşlı Ələsgər Ələsgərovun sağ budunun 3/1-nin güllə yarası diaqnozu ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə məlumat daxil olub.
    DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional
    qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımovun Azadmedia.az-a verdiyi məlumata görə polis əməkdaşlarının keçirdikləri araşdırmalar nəticəsində məlum olub ki, Ə. Ələsgərov tanışı Əli Salmanov ilə birlikdə həmkəndlisi Ədalət Verdiyevin evinə qonaq gəlmiş, sonuncular şəxsi münaqişə edən zaman ev sahibi özünəməxsus, müvafiq sənədləri olan ov tüfəngi ilə Əli Salmanova atəş açarkən Ə. Ələsgərov yaralanıb.
    Keçirilən təxrəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR