Türkiyə ordusu iki şəhid verdi
![]()
Türkiyə Silahlı Qüvvələrinin iki hərbçisi Hakkari bölgəsindəki Çukurca rayonunda şəhid olub, biri yaralanıb.
Türkiyə mətbuatına xəbər verir ki, hadisə PKK/KCK terrorçularına qarşı aparılan antiterror əməliyyatı zamanı terrorçuların əvvəlcədən yola basdırdıqları bombanın partlaması nəticəsində baş verib. Bölgədə antiterror əməliyyatı davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.