AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bayram günləri baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 21-03-2023, 12:10

    Bayram günləri baş verən cinayət və hadisələr

    DİN-in mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə,
    - Martın 20-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 32, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
    - Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
    ***

    Martın 19-da saat 21 radələrində Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində kənd sakini Ə.Çərkəzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bığır kənd sakini Rafiq Hacıyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada martın 20-də ölüb.
    DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    ***

    Martın 20-də saat 10 radələrində Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində şəhər sakini Cavid Quliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili qaz borusuna və yolun kənarındakı yardımçı təsərrüfata vurub. Nəticədə sürücü hadisə yerində ölüb.
    Naftalan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

    ***

    Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş S.İbrahimov saxlanılıb. Üzərinə baxış zamanı ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 7 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.


    ***

    Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən 10000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Ələsgərov saxlanılıb.
    Araşdırma aparılır.


    ***

    Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş A.Hüseynov saxlanılıb. Üzərinə baxış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb.
    Araşdırma aparılır.

    ***

    Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində yerləşən marketlərin birindən 300 manat dəyərində olan malları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş N.İsmayılov saxlanılıb. Araşdırma nəticəsində onun şəhər ərazisində bir köşkdən 700 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən olunub.
    Araşdırma aparılır.

    ***
    Qubada silsilə oğurluqlar edən şəxslər saxlanılıblar

    DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon ərazisində fərqli yerlərdən oğurluq etməkdə şübhəli bilinən Elşad Güliyev və Elşən Hacıyev saxlanılıblar.

    Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq rayon ərazisində olan kafe, bağ, eləcə də evlərdən müxtəlif əşyalar və ərzaq məhsulları oğurlamaqda zərərçəkmişlərə ümumilikdə 7905 manat ziyan vurublar.

    Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR