AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qubada polis "Prado" ilə piyadanı vurub ÖLDÜRDÜ

  • + A
  • - A
  • 21-03-2023, 12:43

    Qubada polis "Prado" ilə piyadanı vurub ÖLDÜRDÜ


    Qubada polis əməkdaşının avtomobillə vurduğu 82 yaşlı kişi 5 gün sonra ölüb.

    Hadisə Alekseyevka kəndi ərazisində baş verib.

    1992-ci il təvəllüdlü, əvvəllər Quba RPŞ-nin Dövlət Yol Polis Bölməsinin Yol Patrul Xidmətinin polis nəfəri vəzifəsində işləmiş Heydərov Firuz Abdulla oğlu martın 15-də idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobillə 1941-ci il təvəllüdlü Babəliyev Hacıağa Mərdəli oğlunu vurub.

    Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, ötən gün ölüb.

    Faktla bağlı cinayət işi başlanıb.

    Apa


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR