Astan Şahverdiyev dəfn edildi
![]()
Bu gün vəfat edən Azərbaycan Milli Məclisinin üzvü Astan Şahverdiyev dəfn edilib.
APA məlumatına görə, A. Şahverdiyev Bakıda “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, 1947-ci ildə anadan olan A. Şahverdiyev bu gün səhər saatlarında Qusar rayonunda qəfil ürək tutmasından dünyasını dəyişib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.