Milli Hidrometeorologiya Xidmətinin mayın 3-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, dağlıq rayonlarda  qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 8, Xınalıqda 6, Qrızda 3 sm olub.
Ölkə ərazisində müşahidə  olunan qeyri-sabit ,  yağıntılı hava şəraiti  mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 
Daha ətraflı və yenilənən məlumatları meteo.az saytından əldə etmək mümkündür.
 
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.