AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

4 məktəbli dərsdən qaçıb kanala getdi, bədbəxt hadisə baş verdi

  • + A
  • - A
  • 23-05-2023, 20:06

    4 məktəbli dərsdən qaçıb kanala getdi, bədbəxt hadisə baş verdi

    Abşeronda 14 yaşlı məktəbli bədbəxt hadisənin qurbanı olub. Hadisə Samur Abşeron kanalının Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
    Abşeron rayon Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2009-cu il təvəllüdlü Allahverdiyev Babakisi Əlzamin oğlu ehtiyatsızlıq nəticəsində kanala yıxılıb. Nəticədə məktəbli suda boğularaq dünyasını dəyişib.
    Hadisə yerinə Hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım briqadası cəlb olunub. Mərhumun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
    Xəbəri ilk olaraq saat 16.10-da Den.az saytı yaysa da, Azadmedia.az bəzi məlumatlar əldə edib. Əldə etdiyimiz məlumata görə hadisə dərs vaxtı baş verib. Dərs vaxtı 4 şagird dərsdən qaçıb, kanala gedib üzməyə. Kanat kimi ipdən sallanıblar, ip qırılıb, düşüblər kanala.
    Saat 14.00-da dərs bitirsə, hadisə 16.10-da mətbuata çıxıbsa, demək hadisə dərs vaxtı baş verib. Kanalın məktəbdən uzaq olduğu bildirirlir.
    Dərs vaxtı kanala gedən şagirdlər Venera müəllimin sinif rəhbəri olduğu şagirdləridir. E, İ, F, (uşaqların adını əlaqədar orqanlara açıqlaya bilərik -red) bir də Babakişi gediblər çimmək üçün kanala. Kanat kimi ipdən tutub cimirlər. Gözlənilmədən kanat ip qırılır... Digər uşaqlar çıxır, Babakişi panikaya düşür. Uşaqların hadisə şahidlırinə deməsinə görə nə etsələr də, əlləri ona çatmır. Ayaqları yosuna ilişir...Məlumata görə yoldan keçən iki nəfər çıxardıb məktəblinin cəsədini.
    Gec olduğu üçün məktəblə əlaqə saxlaya bilmədik. Sabah mövzuya qayıdacağıq.
    Allahdan Babakişiyə rəhmət, valideynlərinə səbr arzulayırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR