AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan ordusunun əsgəri şəhid oldu

  • + A
  • - A
  • 21-05-2018, 09:24

    Azərbaycan ordusunun əsgəri şəhid oldu















    Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.
    Müdafiə Nazirlyindən verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

    Müdafiə Nazirliyi bildirir ki, törədilən təxribatın arxasında birbaşa bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri dayanır və onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.
    Ermənistan rəhbərliyi bilməlidir ki, Naxçıvanın qəhrəman müdafiəçiləri şəhidin qisasını qısa müddətdə alacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR