AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda vəhşi tülküyə işgəncə verən şəxs 500 manat cərimələndi

  • + A
  • - A
  • 23-06-2018, 11:01

    Azərbaycanda vəhşi tülküyə işgəncə verən şəxs 500 manat cərimələndi















    Son günlər vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxsin tapılması məqsədilə Azərbaycan Heyvanların Qorunması Cəmiyyətinin Heyvan Haqları üzrə inzibatçısı Fərid Mansurov tərəfindən aidiyyəti qurumlara müraciət olunub.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, müraciət Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.

    Nərimanov rayonu 18-ci polis bölməsinin əməkdaşları tərəfindən tülküyə işgəncə verən şəxslə bağlı araşdırmalara başlanılıb.

    Araşdırma zamanı tülkü ilə rəhmsiz davranaraq sosial şəbəkədə görüntüləri yayan şəxsin Bakı şəhəri sakini Akif Həsənov olduğu müəyyən edilib. A.Həsənov hadisəni etiraf edərək səhvini boynuna alıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanun pozucusu inzibati xəta törətdiyinə görə 500 manat məbləğində cərimə olunub və cərimənin ödətdirilməsi təmin edilib.

    Təbiətin mühafizəsində şüurlu mövqe nümayiş etdirdiyinə, heyvanlara qayğı ilə yanaşdığına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Fərid Mansurova təşəkkür olunub


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR