AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda bəy və gəlin evə daxil olan kimi partlayış baş verdi: hər ikisi yaralandı

  • + A
  • - A
  • 14-12-2016, 09:34

    Bakıda bəy və gəlin evə daxil olan kimi partlayış baş verdi: hər ikisi yaralandı




















    Toy edən ailənin evi yanıb, bəy və gəlin yanıq xəsarətləri alıb.

    Xezer TV xəbər verir ki, hadisə ötən axşam paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsində, Etibar Ağayevə məxsus evdə baş verib.

    Zərərçəkmiş ev sahibinin sözlərinə görə, hadisə onlar restorandan çıxıb evə gələndən sonra olub.

    Partlayışın ardından evdə güclü yanğın olub. Onlar alov içində olan bəy və gəlini tez evdən çıxarmağa cəhd ediblər. Bəy Zaur Ağayev üz və bədən nahiyyəsindən, gəlin isə yüngül yanıq xəsarətləri ilə dərhal xəstəxanaya aparılıblar.

    Hadisə yerinə həmin vaxt 4 yanğınsöndürən avtomobil gəlsə də alov 4 otaqlı evi əşyaları ilə birlikdə yararsız hala salıb. Ev sahibinin sözlərinə görə, yanğına ilkin səbəb kimi elektrik naqillərindəki qısaqapanma göstərilir. Çünki hadisə vaxtı qaz bağlı olub. Bəy və gəlinin otağında isə bir ədəd elektriklə işləyən soba olub.

    Hadisə yerindən Fövəqəladə Hallar Nazirliyinin ekspertiza qrupu nümunələr götürüb. Yanğının dəqiq səbəbi araşdırmanın sonunda bilinəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR