AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hirkan Milli Parkındakı yanğınla bağlı RƏSMİ MƏLUMAT

  • + A
  • - A
  • 28-07-2018, 11:05

    Hirkan Milli Parkındakı yanğınla bağlı RƏSMİ MƏLUMAT















    Fövqəladə Hallar Nazirliyi Hirkan Milli Parkında baş verən yanğın barədə məlumat yayıb.
    FHN-in saytı verdiyi məlumata görə, iyulun 27-də axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran rayonunda yerləşən Hirkan Milli Parkın ərazisində yanğın olması barədə məlumat daxil olub.

    Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.
    Yanğın nəticəsində parkın ərazisində 10 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb.

    Parkın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın səhər saatlarında söndürülüb


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR