“Lotu Quli”nin saxlanılması barədə xəbər yayıldı

Azərbaycanlı “qanuni oğru” “Lotu Quli” ləqəbli Nadir Səlifovun yaxalandığı bildirilir.
Yenicag.az-ın yaydığı məlumata görə, kriminal avtoritet Çernoqoriyada saxlanılıb.
Onun ”İnterpol” tərəfindən saxlanıldığı bildirilir.
Qeyd edək ki, Nadir Səlifov azadlığa ötən il çıxmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.