AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polis Neftçalada əməliyyat keçirdi

  • + A
  • - A
  • 5-04-2024, 08:48

    Polis Neftçalada əməliyyat keçirdi

    Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər məhkum olunmuş Fahim Muradov saxlanılıb.
    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun üzərindən 1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb. F.Muradovun rayon ərazisində yerləşən evlərdən birindən dəmir borular oğurladığı da müəyyən edilib.
    Bundan əlavə, rayon ərazisində aksiz markasız tütün məmulatlarının satışına qarşı keçirilən tədbirlər zamanı Biləsuvar rayon sakini Z.Bədilov da saxlanılıb. Ondan aksiz markası olmayan 820 ədəd müxtəlif markalı siqaret aşkarlanaraq götürülüb.
    Faktlarla bağlı araşdırmalar davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR