AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda dəhşətli cinayət — 13 yaşlı qız kirayənişin tərəfindən zorlandı

  • + A
  • - A
  • 6-09-2018, 10:00

     Bakıda dəhşətli cinayət — 13 yaşlı qız kirayənişin tərəfindən zorlandı















    Suraxanı rayonunda kirayənişin qalan kişi 13 yaşlı qızı zorladı.
    “Ölkə.Az”ın məlumatına görə, Yeni Suraxanı qəsəbəsində nömrəsiz evdə kirayədə qalan 2005-ci il təvəllüdlü Yeqorova Aleksandreva Serqeyevna rayon prokurorluğuna müraciət edərək bildirib ki, eyni həyətdə yaşadığı İsmayılov Taleh Valeh oğlu onu zorlayıb.

    Qeyd edək ki, azyaşlı Ağstafa rayon sakinidir, Bakıda isə ailə üzvləri ilə birgə kirayədə qalır. Taleh İsmayılov da həyat yoldaşı ilə birgə eyni həyətdə kirayədə yaşayıb. Onlar arasında qonşu kimi münasibətlər yaranıb və Taleh, 13 yaşlı qızın ailə üzvlərinin evdə olmamasından istifadə edərək onu zorlayıb.

    Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) maddəsi ilə cinayət işi başlanıb və İsmayılov Taleh Valeh oğlu təqsirləndirilən şəxs qismində həbs edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR