AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fərid Savadov finala vəsiqə qazanıb

  • + A
  • - A
  • 17-07-2024, 23:29

    Fərid Savadov finala vəsiqə qazanıb

    Azərbaycan Karate Federasiyasının idmançıları Avropa Universitet oyunlarında uğurla çıxış edirlər. Macarıstanın Miskolts şəhərində keçirilən yarışda iştirak edən karateçilərimizdən Fərid Savadov (-60 kq) finala vəsiqə qazanıb. Savadov qızıl medal uğrunda görüşdə Andras Laslo ilə qarşılaşacaq.

    Karate üzrə kişi və qadınlardan ibarət komandalarımız da fərqlənməyi bacarıblar.

    Fərid Savadov, Nicat Kərimov, Ramil Baxşəliyev, Vahid Həsənov və Osman Osmanlıdan ibarət kollektivimiz finala adlayıb. Təmsilçilərimizdən Nicat Kərimovun həlledici görüşdə qələbə qazanması komandamızın finala yolunu açıb. Bu mərhələdə karateçilərimiz Türkiyə kollektivi ilə üz-üzə gələcək.

    Aysu Əliyeva, Renata Ərəbli, Suada Kərimova və Fatimə Cəbrayılovadan ibarət komandamız isə Macarıstan kollektivini üstələyərək bürünc medallara sahib olub.

    Qeyd edək ki, Avropa Universitet Oyunlarında kişilərdən ibarət yığma komandamızın baş məşqçisi Şahin Atamov və qadınlardan ibarət yığmamızın baş məşqçisi Şahin Xudaverdiyev də iştirak edirlər.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR