AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Liqası: “Qalatasaray” və “Fənərbağça”nın rəqibləri məlum oldu

  • + A
  • - A
  • 31-01-2025, 17:00

    Avropa Liqası: “Qalatasaray” və “Fənərbağça”nın rəqibləri məlum oldu

    UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

    Tədbirdə 1/16 finalın cütlükləri bəlli olub.

    Püşkatmada əsas mərhələdə 9-24-cü yerləri tutan 16 komanda iştirak edib. Türkiyənin turnirdəki təmsilçiləri “Qalatasaray” və “Fənərbağça”nın da rəqibləri müəyyənləşib.

    1/16 final mərhələsinin cütlükləri

    "Tvente" (Niderland) – “Budyo Qlimt” (Norveç)

    "Fənərbağça" (Türkiyə) – “Anderlext” (Belçika)

    “Union” (Belçika) - "Ayaks" (Niderland)

    PAOK (Yunanıstan) – FKSB (Rumıniya)

    "AZ Alkmaar" (Niderland) - "Qalatasaray" (Türkiyə)

    “Midtüllan” (Danimarka) – "Real Sosyedad" (İspaniya)

    "Ferentsvaroş" (Macarıstan) - "Viktoriya Plzen" (Çexiya)

    "Portu" (Portuqaliya) - "Roma" (İtaliya)

    Bu raundun oyunları fevralın 13 və 20-də baş tutacaq.

    Qeyd edək ki, Liqa mərhələsində ilk 8 yeri tutan kollektivlər - “Latsio” (İtaliya), “Atletik” (İspaniya), “Mançester Yunayted”, “Tottenhem” (hər ikisi İngiltərə), “Ayntraxt” (Almaniya), “Lion” (Fransa), “Olimpiakos” (Yunanıstan) və “Reyncers” (Şotlandiya) birbaşa turnirin 1/8 finalına yüksəliblər. Bu mərhələnin püşkatma mərasimi fevralın 21-də, matçları isə martın 6 və 13-də olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR