Bu gün Bakı İdman Sarayında badminton üzrə qarışıq komandaların Avropa çempionatına start verilib. 1-ci qrupda yer alan millimiz ilk oyunda İngiltərə yığması ilə qarşılaşıb. Millimiz gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda İngiltərə seçmə kollektivinə 2:3 hesabı ilə uduzub.
Qarışıq qoşa kateqoriyasında Diki Pangestu - Keişa Fatimə Zəhra tandemi Roy Easton - Lizzie Tolman cütünə 0:2 (12-21,9-21) hesabı ilə uduzub. Kişi badmintonçuların şəxsi yarışında Edi Reski Dviçayo hər iki setdə Harri Huanqdan üstün olub - 2:0 (27-25, 21-13)
Ardınca qadınların şəxsi mübarizəsində Keişa Fatimə Zəhra Freya Redfearnı 2:0 (21-11,21-7) hesabı ilə məğlub edib.
Ümumi hesabda 2:1 hesabı ilə önə keçən komandamız kişilərin və qadınların qoşa yarışında rəqiblərinə məğlub olub. Aqil Qəbilov - Diki Pangestu qoşası Callum Hemming - Ethan Van Leeuvenə 0:2 (12-21, 7-21) hesabı ilə uduzub.
Leyla Camalzadə - Həcər Nuriyeva cütü isə qadınların qoşa yarışında Harris Abbigael - Van Leeuven Estelle qoşasına 0:2 (6-21, 9-21) hesabı ilə məğlub olub.
Komandamız qrupda növbəti oyununu sabah İspaniya yığmasına qarşı keçirəcək. Oyun saat 10:00-da başlayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.